"Barselona" ayrılıq astanasında

  • 23 Aprel 2024, 19:14

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq gələn yay Kataloniya klubunu tərk edə bilər.

Sportlife.az "Relevo"ya istinadla xəbər verir ki, “Barsa” rəhbərliyi 26 yaşlı yarımmüdafiəçini 60-70 milyon avroya satmağa hazırdır. Eyni zamanda futbolçunun özü də komandanı tərk etməyi planlaşdırmır.

Bu gün, aprelin 23-də məlum olub ki, de Yonq İspaniya çempionatının 31-ci turunun "Real Madrid"lə oyununda (2:3) aldığı topuq zədəsi səbəbindən cari mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq.


Paylaş: