"Barselona" Pedri ilə bağlı qərar verdi

  • 2 May 2024, 14:30

“Barselona” bu yay ən bahalı oyunçularından biri ilə yollarını ayıra bilər.

Sportlife.az "Radio Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçisi Pedrinin transferi ilə bağlı təklifləri nəzərdən keçirir.

Kataloniya nəhənginin bossları bununla bağlı yarımmüdafiəçi ilə yeni müqavilə barədə danışıqları dayandırıb. Pedrinin klubla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm 29 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” Pedrini 80 milyon avro dəyərində qiymətləndirir. Onunla daha əvvəl “Mançester Siti” və PSJ-nin maraqlandığı bildirilirdi.


Paylaş: