"Barselona"da 100 milyonluq müqavilə

  • 23 Aprel 2024, 22:34

"Nike" "Barselona" ilə müqaviləsini 2028-ci ilə qədər uzatmağa hazırdır.

Sportlife.az "Sport.es"ə istinadla xəbər verir ki, bu müddət ərzində kataloniyalılar 100 milyon avroya qədər qazana bilər.

Mənbənin məlumatına görə, İspaniya klubu daha 100 milyon avro mükafat da alacaq. Qeyd olunur ki, sazişin imzalanması gələn həftə elan oluna bilər.


Paylaş: