Bellinqem ilkə imza atdı

  • 22 Aprel 2024, 15:49

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 32-ci turunun sonunda "Barselona"ya (3:2) qələbə qolunu vurub.

Sportlife.az xəbər verir ki, britaniyalı futbolçu 17 ildə katalonlara qarşı ardıcıl ilk iki liqa oyununda qol vuran ilk "Real" oyunçusu olub. Əvvəllər bu nəticəni 2007-ci ildə Ruud van Nistelroy göstərmişdi.

Bellinqem bu mövsüm "Real Madrid"in heyətində 36 oyuna çıxıb, 21 qol vurub və 10 məhsuldar ötürmə edib.


Paylaş: