"Beşiktaş"ı sevindirən xəbər

  • 1 Aprel 2025, 18:33

“Beşiktaş”ın futbolçusu Nəcib Uysal zədəsini sağaldıb.

Sportlife.az xəbər verir ki, müdafiəçi aylar sonra komanda ilə birgə məşqə çıxıb. O, zədə səbəbindən bu mövsüm cəmi 1 oyunda meydana çıxmışdı.

Qeyd edək ki, Necip Uysal 2009-cu ildən İstanbul təmsilçisinin əsas komandasında çıxış edir.


Paylaş: