Braziliyalı futbolçu intihar etmək istəyib

  • 1 Aprel 2025, 17:12

"Karpatı" klubunun yarımmüdafiəçisi Bruninyo vaxtilə intihar etmək istədiyini etiraf edir.

Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu depressiyaya düşdüyünü bildirib:

"Düzünü desəm, bu gün üzülmək üçün heç bir səbəb yoxdur. Mən həqiqətən olmaq istədiyim yaxşı yerdəyəm. Həyatımda o qədər də gözəl olmayan anlar olub. Depressiyaya düşmüşdüm və dərman qəbul etməli idim. Çox da xoş olmayan anlar yaşadım. Hətta intihara cəhd etdim".

Qeyd edək ki, 24 yaşlı futbolçu 2024-cü ilin sentyabrında "Atletiko Mineyro"dan icarə əsasında "Karpatı"ya keçib. O, Ukrayna çempionatında 17 oyun keçirib və 7 qol vurub.


Paylaş: