
"Bu qələbə ilə komanda bir siqnal verdi"
"Napoli"nin çalışdırıcısı Françesko Kalzona A Seriyasında "Napoli"nin "Yuventus" üzərində qələbəsini (2:1) dəyərləndirib.
Sportlife.az xəbər verrir ki, mütəxəssis bu barədə "Football Italia"ya açıqlama verib.
“Biz düzgün yoldayıq, amma qarşıda hələ çox iş var. Qələbəyə çox sevindim, inkişaf etmək istəyən komanda gördüm. Bu görüşdə qalib gəlməklə komanda bir siqnal verdi: vacib hədəflərə çatmaq istəyirik. Güclü olmağa çalışan belə bir komanda görməyə şadam" - deyə mütəxəssis bildirib.