Fabreqas: "Çalhanoğlu Pirlo, Modriç, Kroos kimidir"

  • Bu gün, 13:53

"Komo"nun baş məşqçisi Sesk Fabreqas "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu haqqında danışıb.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis türkiyəli futbolçunu çox bəyəndiyini bildirib:

"Hakan Pirlo, Modriç, Kroos kimidir... Onun kimiləri çox azdır. Mən onu bir oyunçu kimi sevirəm. Hakanı bu səviyyədə görmək həqiqətən inanılmazdır. O, komandanı irəli aparır".

Qeyd edık ki, "İnter" İtaliya Kubokunun yarımfinalında "Komo"nu mübarizədən kənarlaşdırıb.


Paylaş: