"Mançester Siti"də 2 ciddi itki
"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş və yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasının 34-cü turunda "Börnli" ilə oyunu buraxacaq.
Sportlife.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib. Oyun aprelin 22-də keçiriləcək.
"Mançester Siti" 32 turdan sonra 67 xala malikdir və ikinci yerdədir. Turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir.