Futbolçu şəhərin mərkəzində bıçaqlandı

  • Bu gün, 14:51

Danimarkanın "Midtüllan" klubunun yarımmüdafiəçisi Alamara Cabi bıçaqlanıb.

Sportlife.az xəbər verir ki, hücum nəticəsində futbolçu ağır yaralanıb.

Klub 19 yaşlı oyunçunun iki əməliyyatdan sonra hazırda vəziyyətinin sabit olduğunu açıqlayıb. O, süni komadan çıxıb və özünü yaxşı hiss edir. 

Qeyd edək ki, Cabi bazar günü gecəsi Herninq şəhərinin mərkəzində bıçaqlı hücuma məruz qalıb.


Paylaş: