Enrike fransalı qapıçı ilə bağlı sualı cavabsız qoydu
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa millisinin qapıçısı Lüka Şevalyenin Liqa 1-in 26-cı turunda "Nant"la keçiriləcək matçda oynayıb-oynamayacağı ilə bağlı suala cavab verməkdən imtina edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib:
"Ən vacibi budur. Sabah bu oyun üçün ən yaxşı heyəti müəyyən edəcəyik".
PSJ-Nant matçı aprelin 22-də Parisdə keçiriləcək.