Qvardioladan çempionluq sözləri
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 34-cü turunda "Börnli" ilə oyundan əvvəl "Arsenal"la çempionluq yarışı barədə danışıb.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis bunun elə də asan olmadığını bildirib:
"Matçdan dərhal sonra danışdıq - konsentrasiyamızı itirə bilmərik. "Arsenal" birinci yerdədir. Biz isə onlara çatmağa çalışırıq. Bilirsiniz ki, geridən gələn komanda üçün bu heç də asan deyil".
Qeyd edək ki, "Siti" hazırda "topçular"dan 3 xal geridə olsa da, ehtiyatda bir oyunu var.