"Bu, karyeramda son addım olacaq"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klubdakı gələcəyi ilə bağlı fikirlərini bildirib.
Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun karyerasında son addım olacağını bildirib:
"Bəli, müqaviləmi uzatmaq istərdim, amma indi bu barədə danışmağın vaxtı deyil. Hamı bilir ki, mən burada çox xoşbəxtəm, amma bunu ailəmlə müzakirə etməliyəm. Bu söhbətin vaxtı gələcək, indi uyğun vaxt deyil".
Flik 2024-cü ilin mayında "Barselona"nın baş məşqçisi təyin olunub.