Reşford üçün 2 əvəzləyici
"Barselona" rəhbərliyi "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordu transfer edə biləcəyinə əmin deyil.
Sportlife.az xəbər verir ki, bu səbəbdən də Kataloniya klubunun idman direktoru Deku digər variantları araşdırır.
Kataloniya klubu "Betis"in cinah hücumçusu Abde Ezzalzulini yaxından izləyir. "Barselona" həmçinin "Benfika"nın cinah hücumçusu Andreas Şelderupla da maraqlanır.
Deko "Monako"ya icarəyə verilmiş Ansu Fatiyə ümid bəsləmir. Fransalılar çox güman ki, ispaniyalı oyunçunu alacaqlar. Deku son qərarı verməzdən əvvəl klubun maliyyə vəziyyətini qiymətləndirmək niyyətindədir.