Salahı "Real"da görmək istəyir

  • Bu gün, 17:49

"Real" və İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro bu yay "Liverpul"dan ayrılacaq Məhəmməd Salahı "kral klubu"nda görmək istəyir.

Sportlife.az xəbər verir ki, veteran müdafiəçi misirli forvardın Madrid təmsilçisi üçün faydalı ola biləcəyini düşünür.

"Niyə də yox? Əlbəttə ki, çox istərdim. Məhəmməd Salah sözün hər mənasında əla oyunçudur. Onun "Liverpul"a və nailiyyətlərinə böyük təsirini heç kim inkar edə bilməz. Mən həqiqətən Salahı "Real"da görmək istərdim. Futbolda hər şey mümkündür".


Paylaş: