Kompani təkzib etdi
"Bavariya"nın baş məşqçisi Vensan Kompani dünya çempionatında şərhçi kimi çalışacağı ilə bağlı şayiələri təkzib edib.
Sportlife.az xəbər verir ki, belçikalı mütəxəssis bunun mümkün olmadığını bildirib:
"Ola bilməz! Niyə tətildə bunu edim? Onda gələn il Münhendə ailəmsiz qalacağam (gülür)".
Daha əvvəl bir neçə ingilis televiziya kanalının Kompaniyə DÇ-2026-da şərhçi və ekspert kimi işləmək təklifi ilə müraciət etdiyi bildirilib.
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.