Rebrov istefa verdi

  • Bu gün, 11:51

Sergey Rebrov Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Sportlife.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi açıqlamasında bildirilib. Tərəflər əməkdaşlığı dayandırmaq barədə razılığa gəliblər.

Rebrov UAF-ın vitse-prezidenti və icra komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Ukrayna milli komandasının yeni baş məşqçisinin adı daha sonra açıqlanacaq.


Paylaş: