Yayda "Çelsi"yə qayıdacaq
"Bavariya"nın hücumçusu Nikolas Cekson bu yay icarə müddəti bitdikdən sonra "Çelsi"yə qayıdacaq.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Vensan Kompani oyunçunun çıxışından və peşəkarlığından məmnundur. Lakin daimi transferlə bağlı danışıqlar hazırda aparılmır.
Cekson digər klubların maraq dairəsində olsa da, əvvəlcə "Çelsi"yə qayıdacaq.
24 yaşlı hücumçu bu mövsüm Bundesliqada 19 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında səkkiz oyunda iştirak edib, üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.