"Çelsi"nin futbolçusu ilə maraqlanan klub bəlli oldu

  • 2 May 2024, 15:17

"Çelsi"nin yarımmüdafiəçisi Konor Qallaqer karyerasını başqa klubda davam etdirə bilər.

Sportlife.az İngiltərə mətbuatına istinadla xəbər verir ki, "Tottenhem" 24 yaşlı ingilis futbolçunu təqib edir. Komanda həmçinin "Feyenoord"un hücumçusu Santyaqo Ximenez və "Bornmut"un müdafiəçisi Lloyd Kelli ilə də maraqlanır.

Bu mövsüm Qallaqer 45 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.


Paylaş: