"Çelsi"nin futbolçusu zədələndi

  • Bu gün, 14:55

"Çelsi"nin baş məşqçisi Enzo Mareska "Fluminense"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunda Moyses Kaysedonun zədələnməsindən danışıb. 

Sportlife.az xəbər verir ki, mütəxəssis futbolçunun topuğundan zədə aldığını bildirib:

"Bu baş verəndə ona dedim ki, oyunun bitməsinə az qalıb və biz matçı 10 nəfərlə də başa vura bilərik. Əsas odur ki, zədəsi ağırlaşmasın. Çünki bazar günü final matçımız var. Yəqin ki, bazar gününə kimi formada olacaq. Ona dedim ki, finalda olmaq üçün hər şeyi etməlisən".


Paylaş: