
Yığmamız Sloveniyaya yollanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustun 30-da və 31-də Bakıda, sentyabrın 1-dən 10-dək isə Sloveniyanın Çatej şəhərində təlim-məşq toplanışında olacaq.
Sportlife.az xəbər verir ki, U-19 Çatej toplanışı çərçivəsində “Slovenia Nations Cup” yoldaşlıq turnirində iştirak edəcək.
Komandamız İslandiya, Farer adaları və Polşanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.