Deşam: "Bu, seçimimə təsir etməyəcək"

  • 2 May 2024, 11:14

Fransa yığmasının baş məşqçisi Didye Deşam Olivye Jirunun növbəti mövsüm karyerasını ABŞ-da davam etdirmək qərarı verməsindən danışıb.

Sportlife.az xəbər verir ki, Deşam “Football Italia”ya müsahibəsində 37 yaşlı hücumçunun MLS-də çıxış etməsinin milli komandadakı mövqeyinə mənfi təsir etməyəcəyini bildirib:

“Olivye həyatına və idman maraqlarına əsaslanaraq seçim etdi. Bu, seçimimə təsir etməyəcək, çünki istənilən halda o, mövsümün sonuna qədər "Milan"da qalacaq. Jiru karyerasını davam etdirmək istəyir. Onun böyük təcrübəsi var və digərləri kimi o da rəqabətin öhdəsindən gəlməli olacaq. Deyə bilərəm ki, yeni kluba keçməsi onu millidəki yerindən məhrum etməyəcək”.


Paylaş: