Ərəblər "Barselona"dan 4 futbolçu istəyir

  • 23 Aprel 2025, 13:52

Səudiyyə Ərəbistanının 3 klubu "Barselona"dan 4 futbolçunun transferini müzakirə etmək üçün İspaniya klubunun təmsilçiləri ilə görüşüb.

Sportlife.az xəbər verir ki, "Əl-Hilal" Rafinha ilə maraqlanır. Futbolçu hazırda Kataloniya klubu ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır. Lakin tərəflər hələlik onun müddəti və maliyyə detalları ilə bağlı razılığa gələ bilməyiblər.

"Əl-Nəsr" “Barselona”nın müdafiəçiləri Ronald Arauxo və Jül Kundeni transfer etmək niyyətindədir.

Digər ərəb klubu "Əl-İttihad" isə yarımmüdafiəçi Frenki de Yonqun transferində maraqlıdır. Bununla belə, de Yonqun “Barselona” ilə müqaviləsini uzatma ehtimalı yüksəkdir.


Paylaş: