
Ernesto Valverdedən Arda Turan açıqlaması
"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın türk ulduzu Arda Turan barədə danışıb. Sportlife.az xəbər verir ki, komandadakı gələcəyi sual altında olan 30 yaşlı yarımmüdafiəçinin "katolon klubu" ilə yollarının ayrılma ehtimalı xeyli yüksəlib.
Belə ki, Valverde Superkubok çərçivəsində Madrid "Real"ı ilə keçiriləcək cavab matçı öncəsində təşkil olunan mətbuat konfransındakı açıqlaması heç də ümidverici olmayıb:
"Arda Turanı yenidən qazana bilərikmi bilmirəm. O, "Barselona" çox pul xərclədi və oynadığı klublarda uğur qazanmış futbolçudu. Ancaq burada hər şey performansa bağlıdı. Nələr edəcəyi daha vacibdi. Hazırda heyətdəki digər oyunçulara şans verirəm".