Flik ilk məğlubiyyəti barədə danışdı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının I turunda “Monako”ya uduzduqları matçı şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Azlıqda qalandan sonra oyun tamamilə dəyişdi. Müdafiədə inamlı olmağa çalışdıq. İstəyirdik ki, səhv etməyək və qol buraxmayaq. Ancaq alınmadı. Düzdür, bizim də epizodlarımız oldu, amma rəqib layiqli qələbə qazandı".
"Məğlub olduq və bunu unutmalıyıq. Qarşıda La Liqada “Vilyarreal”la matçımız var və bərpa olunmalıyıq. Hər oyun, hər şeyimizi verib, sona qədər mübarizə aparmalıyıq”.