Amorimin ilk transferi o ola bilər

  • 10 Noyabr 2024, 14:45

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim "Yuventus"un futbolçusu Danilonu komandasında görmək istəyir.

Sportlife.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi yanvarda "qırmızı şeytanlar"a qoşula bilər. Onun 'qoca sinyora" ilə müqaviləsi gələn ilin yayında bitir.

Danilo 2019-cu ildən "Yuventus"da çıxış edir. O, bu mövsüm 10 oyunda meydanda olub.

 
 
 
 
 
 

 

Paylaş: