"Neftçi"nin dərdi böyüyür
Hələ də "Neftçi"nin dərdinə dərman tapılmır və görünən odur ki, bu “müalicə” uzun sürəcək. "Səbail" üzərində qələbədən sonra komanda yenə öz köhnə "sakitlik limanına" qayıdıb.
Avropada oynamağı hədəfləyən komanda "Şamaxı"ya öz meydanında qalib gəlməyə niyə çətinlik çəksin ki? 2:0-lıq üstünlük əldə edən komanda birdən-birə niyə əriyib yoxa çıxır?
13 tura cəmi 10 xal - Nə deməkdir bu? Azarkeşlərə səbir dərsi öyrətmək?
Cəmi 1 qələbə - Ölkə futboluna yeni bir "Neftçi" modeli təqdim olunur?
Hətta "Kəpəz" belə bu mövsüm daha çox qələbəyə sevinib. Bu yol hara aparır, yolun sonu görünürmü?
Toparlanmaq üçün daha neçə tur lazımdır? "Neftçi" azarkeşləri növbəti qələbələrə sevinmək üçün neçə tur gözləsin? Növbəti mövsümü?...
Sportlife.az