Premyer Liqa klubu ispaniyalı mütəxəssisdən razı deyil
"Vest Hem" Xulen Lopeteqinin işindən razı deyil.
Sportlife.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis vəzifəsini itirə bilər. Komandanın rəhbərliyi mövsümün başlanğıcından razı deyil və artıq başqa alternativləri nəzərdən keçirir.
"Vest Hem" hazırda 11 turdan sonra Premyer Liqada 12 xalla 14-cü yeri tutur.