Alperen həftənin ən yaxşı oyunçusu seçilib

  • Dünən, 12:48

"Houston Rokets"in pivotu Alperen Şengün Qərb Konfransında həftənin oyunçusu seçilib.

Sportlife.az xəbər verir ki, türkiyəli basketbolçu ötən həftə orta hesabla 21,3 xal, 12,7 ribaund və 9 asistlə komandasının ardıcıl üç qələbə qazanmasına kömək edib.

Texas komandası hazırda 15 qələbə, 6 məğlubiyyətlə Qərb Konfransında ikinci yeri tutur.

Şərq Konfransında isə ötən həftənin ən yaxşısı "Nyu York Niks"in oyun qurucusu Jeylen Branson olub.


Paylaş: