Gərgin mübarizədən “Sabah” qalib çıxdı
"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Sportlife.az xəbər verir ki, "bayquşlar" 1/8 final mərhələsində "Turan Tovuz"un qonağı olub. Görüşün əsas və əlavə vaxtında bərabərlik pozulmayıb.
Penaltilərdə isə "Sabah" daha dəqiq olub.
"Sabah"ın 1/4 finaldakı rəqibi "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.
18:00. “Turan Tovuz” – “Sabah” 2:2
Qollar: Aleks Souza, 28, Otto Con, 113 - Con İrasabal, 45+2, Neqoş Kupusoviç, 118
Penaltilər: 1:3
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu