"Səbail" – Kimə Lazımdır?
Nə azarkeşləri var, nə də bir dəyərləri. Tribunaları boş, meydançaları kədərli, nəticələri isə zəhərli. Son 6 oyunda cəmi 1 xal – Az qala qələbəyə "nostalji" deyəcəklər...
Cavid Hüseynov isə ümid edir. Qış fasiləsində hər şeyi dəyişəcəyini düşünür. Amma qışa qədər itirilən xalları kim qaytaracaq? Cavabdeh yoxdur. Çünki bu klubun yiyəsi də yoxdur.
Bir zamanlar formalarında ASCO-nun loqosu vardı. İndi o loqo da yoxdur. Deyəsən, ASCO özü də hiss edib ki, bu klub heç kimə lazım deyil. Çətin günlərdə klubun sahibi yoxdur, yaxşı günlərdə azarkeşi. Əgər bu klub heç kimə lazım deyilsə, meydana çıxmasının mənası nədir?
Bəlkə də "Səbail" möcüzəvi bir dönüş edəcək. Amma indiki vəziyyətdə möcüzəyə inananlar stadionda yox, başqa yerdədir.
Mirələm Həsənli