Berdıyev: "Penaltilər seriyası lotoreyadır"
- Hər şeydən əvvəl Denis Marandiçinin zədələnməsi ağırdır. İkincisi də təcrübə çatmadı. Qələbə hesabını qoruya bilmədik. Müdafiədə sadə səhv və nəticədə qol oldu.
Sportlife.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Sabah"la oynanılan Azərbaycan Kuboku matçından sonra deyib. Təcrübəli mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Denis Marandiçinin zədələnməsi komandaya necə təsir etdi?
- Çox böyük təsiri oldu. Amma uşaqlar sona qədər döyüşdülər. Penaltilər seriyası lotoreyadır. Çox üzücü oldu ki, ikinci qolu adi, elementar səhvdən buraxdıq.
- Rəqibin ilk qolunu necə şərh edərdiniz?
- Qeyri-adi heç nə deyə bilmərəm.