Fransa klubu sabiq "Qalatasaray"lı ilə maraqlanır
"Marsel" qış transfer pəncərəsində heyətini sağ cinah müdafiəçisiylə gücləndirməyi düşünür.
Sportlife.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Fransa klubu "Bavariya"da çıxış edən Saşa Boyla maraqlanır. Münhen klubu daha çox oynamağı üçün 24 yaşlı müdafiəçini icarəyə göndərə bilər.
Boy ötən ilin yanvarında 30 milyon avroya "Qalatasaray"dan "Bavariya"ya transfer olub. Mövsümün əvvəlində zədələnən fransalı futbolçu cəmi 4 oyunda meydanda olub.