Slotdan futbolçusuna zarafatyana cavab

  • Dünən, 16:13

“Enfild”də “Mançester Siti”yə qarşı son oyunumu keçirdim”.

Sportlife.az xəbər verir ki, bunu "Liverpul"un futbolçusu Məhəmməd Salah MS-ni məğlub etdikləri oyundan sonra deyib. Mersisayd klubunun baş məşqçisi Arne Slot misirlinin bu sözlərinə zarafatla cavab verib:

"Bəlkə də Salah "Mançester Siti"yə qarşı irəli sürülən 115 ittiham haqqında daha çox bilir, ona görə də onların gələn mövsüm Premyer Liqada olmayacağını düşünür".

Xatırladaq ki, 32 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi gələn ilin yayında bitir.


Paylaş: