Maquayr MY-də qalmaq istəyir
Harri Maquayr karyerasını "Mançester Yunayted"də davam etdirmək istəyir.
Sportlife.az "Man United News" portalına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi klubun onun başa çatan müqaviləsini uzadacağına ümid edir.
Maquayrın hazırki sözləşməsi gələn ilin yayında bitir.
O, bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb və 1 qol vurub.