Niderland təqvimdən çıxarılır

  • Dünən, 14:15

Niderland Qran-prisi 2026-cı ildən sonra "Formula 1" üzrə dünya çempionatının təqvimində yer almayacaq.

Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 2025-ci ildə başa çatan müqavilənin müddəti daha bir il artırılıb.

Aparılan müzakirələrdən sonra Niderland tərəfi 2026-cı ildən sonra təqvimdə qalmamağa qərar verib.

Niderland yarışı 2021-ci ildən bərpa edilmişdi. Bu mövsüm keçirilən yarışı "Maklaren"in pilotu Lando Norris qazanıb.


Paylaş: