Şahruddin 4 aydan sonra yaşıl meydanlara qayıdıb

  • Dünən, 16:29

"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdıb.

Sportlife.az xəbər verir ki, 30 yaşlı qapıçı Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı hazırda davam edən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Xatırladaq ki, matçda birinci hissə oynanılır. "Qarabağ" 1:0 hesabıyla öndədir. Yeganə qolu Abdullah Zubir vurub.


Paylaş: