UEFA gələn il Astanada toplaşacaq

  • Bu gün, 18:12

UEFA-nın 51-ci Konqresinin keçiriləcəyi ölkə müəyyənləşib.

Sportlife.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə baş tutan 50-ci Konqresdə qəbul olunan qərara görə, tədbir Qazaxıstanın paytaxtı Astanada baş tutacaq.

Mərasim 2027-ci il martın 4-də təşkil olunacaq. Həmin Konqresdə quruma prezident seçkiləri keçiriləcək.


Paylaş: