Renat Dadaşovla bağlı vəziyyət dəyişdi

  • Bu gün, 12:28

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşa klubu “Motor”dakı vəziyyətini dəyişməyi bacarıb.

Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu artıq məşqçilər korpusunun etimadını doğrulda bilib.

Bunu Ekstraklasa klubunun baş məşqçisi Mateuş Stolarski deyib. O, açıqlamasında qış fasiləsində transferə çıxarılan Renatın hazırda yaxşı durumda olduğunu söyləyib: “Renat payız dönəmindəki çıxışına görə transfer siyahısına salınmışdı. Həmin vaxt buna layiq idi. İndi isə həmin siyahıdan çıxarılmağa layiqdir. Dadaşov kollektivə uyğunlaşdı və üzərində çalışmağa başladı. Məndən yalnız bunu soruşdu: əgər yaxşı təsir bağışlasam, hələ də şansım var, yoxsa artıq üstümdən xətt çəkilib? Bildirdim ki, burada olduğu müddətdə şansı var. İndi isə onun növbəti çıxışını səbirsizliklə gözləyirəm. Renatın transfer edilməsi mənim qərarımdır. Ondan məhz indiki kimi çıxış gözləyirdim”.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Lublin klubu 20 turdan sonra Polşa çempionatında 24 xalla 13-cü pillədə qərarlaşır.


Paylaş: