Nəriman əvəzedici komandada oynayacaq

  • Bu gün, 11:02

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin MLS-də debütü gecikə bilər.

Sportlife.az ABŞ mətbuatına istinadən xəbər verir ki, “Kolambus Kru”nun “Qarabağ”dan transfer etdiyi 21 yaşlı futbolçu dərhal əsas komandada yer almayacaq. Çünki məşqçilər korpusu Nərimanı ilk vaxtlar əvəzedici komandada oynatmağı planlaşdırır. “MLS Next Pro” liqasında mövsüm fevralın sonu start götürəcək və “Kolambus Kryu II” ilk oyununu martın 2-də səfərdə “Nyu York Red Bulz”a qarşı keçirəcək.

Axundzadənin bir müddət 2-ci komandada oynadıqdan sonra əsas heyətə cəlb olunması və MLS-də meydana çıxması nəzərdə tutulur.

Qeyd edək ki, futbolçu ABŞ klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.


Paylaş: