"Borussiya"dan "Real"a
Dortmund "Borussiya"sı və Almaniya millisinin mərkəz müdafiəçisi Niko Şlotterbek "Real"a keçməyi düşünür.
Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu Madrid klubunun əsas transfer hədəflərindən biridir. La Liqa təmsilçisi onu 40-50 milyon avroya almağı planlaşdırır.
Şlotterbek "Real"ın onunla maraqlanması fonunda Dortmuns klubu ilə 2027-ci ildə başa çatacaq müqavilənin uzadılması barədə danışıqları dayandırıb.
Niko mart ayında "Borussiya" rəhbərliyinə son qərarını bildirəcək.