Bellingemlə bağlı üzücü xəbər

  • Bu gün, 16:54

"Real"ın yarımmüdafiəçisi Cud Bellingem 2 ay oynaya bilməyəcək.

Sportlife.az xəbər verir ki, bud əzələsində zədə aşkarlanan ingiltərəli futbolçunun bərpa prosesi uzun çəkəcək.

O, İspaniya La Liqasının 22-ci turunda "Rayo Valyekano"ya qarşı oyunda (2:1) zədə alıb.

Bellingem bu mövsüm "Real"da 27 oyun keçirib, altı qol vurub və dörd məhsuldar ötürmə edib.


Paylaş: