Serbiyalı futbolçuya Azərbaycandan təklif

  • Bu gün, 12:06

Serbiyanın U-18 millisinin sabiq futbolçusu Filip Yoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportlife.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi Azərbaycan Premyer Liqasından təklif alıb. Lakin onunla maraqlanan başqa klub da var. Belə ki, Qazaxıstanın “Jetısu” klubu Yoviçi heyətinə qatmaq niyyətindədir. Müdafiəçinin hətta “Jetısu”ya keçmək ehtimalı daha yüksək qiymətləndirilir. Hazırda sərbəst futbolçu olan Yoviç daha sərfəli təklif aldığı Qazaxıstan təmsilçisinə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, son klubu “Sarayevo” olan Filip Yoviç ötən ay Bosniya və Herseqovina təmsilçisindən ayrılıb.


Paylaş: