Avropa çempionatında 6 medal

  • Bu gün, 13:47

Azərbaycan karateçiləri Kiprin Limasol şəhərində yeniyetmə, gənclər və U-21-lər arasında keçirilən Avropa çempionatını 6 medalla başa vurub.

Sportlife.az xəbər verir ki, U-18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanov bürünc medala layiq görülüb. Kumite yarışlarında isə 66 kq-da Cansu Əhmədzadə, 61 kq-da Rəvan Abasov bürünc medal qazanıblar.

55 kq çəkidə mübarizə aparan Vüsal Qənbərov gümüş medala sahib olub. 68 kq-da Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

U-21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev 60 kq-da 3-cü yeri tutub..

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında federasiyanın baş katibi Qabil Sayadovun, U-18 yığmasının baş məşqçisi Anar Allahverdiyevin, U-2-in çalışdırıcısı Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında iştirak edib.

Milli komandamız artıq Vətənə qayıdıb.


Paylaş: