22 yaşlı futbolçu nəhənglərin hədəfində
PSJ və "Çelsi" "Brayton"un dayaq yarımmüdafiəçisi Karlos Balebayla maraqlanır.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu "Mançester Yunayted"in də diqqət mərkəzindədir.
İddiaya görə, "Brayton" kamerunlu oyunçuya 80-100 milyon funt sterlinq arası qiymət qoyub.
Bu mövsüm Baleba 23 oyunda meydana çıxıb və qol vurmayıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.