Olimpiadaya erkən vida
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürən Vladimir Litvintsev çıxış edib.
Sportlife.az xəbər verir ki, təmsilçimiz qısa proqramda mübarizə aparıb. Litvintsev 63,63 xalla 29 iştirakçı arasında sonuncu yeri turub. İlk "24-lüy"ə düşə bilməyən idmançı mübarizəni dayandırıb.
Beləliklə, Vladimir Litvintsevin Qış Olimpiya Oyunlarında 2-ci çıxışı da uğursuz alınıb. O, 2022-ci ildə keçirilmiş analoji yarışda 18-ci yerlə kifayətlənmişdi.