"Qəbələ"dən yeni transfer

  • Bu gün, 13:24

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

Sportlife.az xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb. 

Fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”,  Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.


Paylaş: