Çempionat oyunu 2 saat gec başlayacaq
Azərbaycan Basketbol Liqasının (ABL) "Lənkəran" – "Sərhədçi" oyununun vaxtı dəyişdirilib.
Sportlife.az xəbər verir ki, qarşılaşma 2 saat gec başlayacaq.
Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılan görüş əlverişsiz hava şəraiti səbəbindən hakim briqadası və rəqib komandanın məkana gecikməsi ilə əlaqədar saat 15:00-da deyil, 17:00-da start götürəcək.