"Turan Tovuz"a sərt cəzalar

  • Bu gün, 15:09

"Turan Tovuz" klubu 12500 manat cərimələnib, komandanın baş məşqçisi Qurban Berdiyevə 4 oyunluq cəza verilib

Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Bölgə təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə oyunda yaşananlara görə ziyana düşüb.

Komandanın məşqçisi Yunis Hüseynov 41-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə 2-ci sarı vərəqəni alaraq meydandan qovulub, ona 1 oyunluq cəza verilib. Tovuz klubu Hüseynova görə 2500 manat ödəməli olacaq.

Baş məşqçi Qurban Berdiyev isə 64-cü dəqiqədə hakimi itələyib və təhqir edib. O, bu səbəbdən 4 matçlıq cəza ilə üzləşib və "Turan Tovuz" 10 000 manat cərimələnib.

İK "Qəbələ"yə isə xəbərdarlıq edib. Buna "qırmızı-qaralar"ın "Sabah"la qarşılaşmaya təyin olunan vaxtdan gec gəlməsi səbəb olub.


Paylaş: