"Neftçi" azarkeşlərə görə cərimələndi

  • Bu gün, 15:28

Əvəzedicilər Liqasının XV turunda "Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" klubu cərimələnib.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

"Ağ-qaralar"ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.


Paylaş: